Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

09.01.2026

Yanvarın 9-da “Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması” layihəsi çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı gənclərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar haqqında ətraflı məlumat verilib. Ekskursiyanın məqsədi gənclərin Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmalarını təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək və milli-mənəvi dəyərlərə bağlılıqlarını gücləndirmək olub.