Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri

28.07.2025

İyulun 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Lerik Rayon Heydər Əliyev Mərkəzində "Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri" adlı görüş keçirilərək film nümayiş olunub.

Tədbirdə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan tarixi, mədəni və dini abidələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilməsi, dəyişdirilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verilib. Filmdə təqdim olunan sənədlər və görüntülər əsasında gənclərdə bu vandalizmin miqyası və acı nəticələri barədə aydın təsəvvür formalaşdırılıb.

Görüş zamanı həmçinin "Qərbi Azərbaycan İcması" kitabının I cildi də təqdim olunmuşdur. Kitab haqqında bildirilibki, əsərdə Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, onların indiki durumu və üzləşdiyi erməni təxribatları sənədlərlə əhatəli şəkildə təqdim olunub. Qeyd edilib ki, kitab Lerik Rayon Heydər Əliyev Mərkəzində mövcuddur və maraqlanan hər kəs gəlib kitabla tanış ola, onu yerində oxuya bilər.

Tədbirin sonunda gənclərin sualları cavablandırılıb və film nümayiş olunub.