Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

30 İyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür!

26.07.2025

Lənkəran Mərkəzi Kitabxanasında İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın əməkdaşı Nuranə Cəfərova çıxış edərək günün mahiyyəti və əhəmiyyəti haqqında iştirakçılara məlumat verdib.

Daha sonra uzun illər hakim və məhkəmə sədri vəzifələrində çalışmış Maşallah Şirinov

insan alverinin cəmiyyətə vurduğu zərər, hüquqi mübarizə yolları və vətəndaşların maarifləndirilməsinin vacibliyi barədə danışıb.