
17.02.2026
Lənkəran rayonunun Aşağı Nüvədi kəndində yaşayan filologiya elmləri doktoru, professor Kamal Dadaşovun 95 illik yubileyi münasibətilə Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları yubilyarı ziyarət ediblər. Mərkəzi kitabxananın direktor v.m.i.e. Arzuyə Rufullayeva alimi yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. O, professorun uzunillik elmi-pedaqoji fəaliyyətinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb. Professor K.Dadaşov öz növbəsində fəaliyyət illəri və həyat yoluna dair xatirələrini bölüşüb, kitabxananın regionun təhsil və mədəni həyatındakı rolunu yüksək qiymətləndirib. Sonda yubilyara təbrik məktubu təqdim olunub. Professor isə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirərək yeni nəşr olunmuş “Kəndimizin ilk alimi – Kamal Dadaşov” kitabını kitabxanaya hədiyyə edib.