
30.12.2025
Masallı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Milli Dəyərlər və Həmrəylik: Milli Birlikdən Gələcəyə” adlı konsert proqramı təşkil olunub. Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə təşkilatçı qurumların əməkdaşları, mədəniyyət və təhsil işçiləri, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov tədbir iştirakçılarını salamlayaraq, onları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib və bu tədbirlərin milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Konsert proqramında tanınmış sənətçilərin və yerli musiqi kollektivlərinin rəngarəng çıxışları, Milli musiqi və rəqs nümunələrinin təqdimatı tədbirə xüsusi rəng qatıb.