30.07.2025
Astara rayon Mərkəzi Kitabxanasında 30 İyul-Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq "İnsan alveri -insanlığa vurulan ən böyük ləkədir" mövzusunda tədbir keçirilib.
Tədbirdə MKS-in rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə MKS-nin direktor əvəzi Emil Baxşıyev açaraq bildirib ki,30 İyul -Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günüdür.Bu gün İnsan alveri ilə mübarizənin vacibliyini vurğulamaq və bu cinayətin qurbanlarına diqqət çəkmək üçün qeyd olunur.Azərbaycanda da İnsan alveri ilə mübarizəyə böyük önəm verilir.Bu sahədə dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir,o cümlədən,maarifləndirmə işləri aparılır,qanunvericilik təkmilləşdirilir və qurbanlara sosial yardım göstərilir.
Sonra kitabxananın Metodik-biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova , Oxuculara xidmət şöbəsinin Baş kitabxanaçısı Aybəniz İbadova məruzə ediblər.
Yekunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və qurulmuş sərgiyə baxış keçirilib.