Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ailənin dəyəri, Gələcəyimizdir

19.06.2025

İyunun 19-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Ailənin dəyəri, Gələcəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə F. Xancanov adına Müsaküçə kənd tam orta məktəbinin şagirdləri iştirakı edib.

Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova yeniyetmələrə ailə dəyərlərinin önəmi, nəsillər arası əlaqələrin gücləndirilməsi, həmçinin yeniyetmələrdə böyüklərə hörmət, valideyn qayğısı, ailə məsuliyyəti və cəmiyyətin sabahının bu gün düzgün formalaşması üçün örnək olan məsəllər barədə geniş danışaraq uşaqlara yaşlarına uyğun tövsiyələr verib.

Tədbirdən sonra uşaqlar muzeyə ekskursiya edərək bölgənin tarixini özündə əks etdirən eksponatlarla da yaxından tanış olublar.