Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Cəlilabadda insan hüquq və azadlıqlarına dair tədbir keçirilib

04.06.2026

İyunun 3-də Cəlilabad rayon Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarını bilən gənclik cəmiyyətin təməlidir" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə insan hüquq və azadlıqları, gənclərin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələrin təbliği, həmçinin qanunun aliliyinin cəmiyyətin inkişafındakı rolu barədə danışılıb. Sonda insan və vətəndaş hüquqları barədə videoçarx nümayiş olunub.