Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib

11.09.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Dövlət Rəsm Qalereyası əməkdaşlarının, şəhid ailələrinin və dərnək üzvlərinin iştirakı ilə Məlikov Elbrus Kamil oğlunun, İbrahimov Azad Səhhətulla oğlunun, Əliyev İsmayıl Rüstəm oğlunun, Məmmədov Elşən Hacıağa oğlunun, Abdullayev Nizami Şamuyar oğlunun, Qasımov Bakir Rəzzağ oğlunun, Məmmədov Rafiq Sahibulla oğlunun doğum və anım günlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun ki, torpağlarımız qaytarıldı, ərazi bütövlüyümüz bərpa olundu, və bayrağımız bu kimi oğulların qanı və qəhramanlığı sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır... Bu kimi qəhramanların sayəsində biz də bayrağımıza qururla baxırıq...

Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!”

Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə şəhidlərimizin həyatı və hərbi xidmətləri haqqında məlumat verib və fotoşəkillər nümayiş olunub.

Tədbirdə mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Rəna Əsgərova, Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşı Aygül İmaməliyeva çıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər