26.08.2025
Avqustun 26-da Yardımlı rayon Mərkəzi Kitabxanasında “Laçın şəhəri günü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik şükutla yad edilib.
Sonra MKS-in direktor əvəzi Mehman Xanızadə çıxış edərək Azərbaycan Respublikası Prezidentinın işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamı haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra MKS-in şöbə müdiri Vasif Abdulov geniş məruzə edərək vurğulıyıb ki,otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edərək həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə xüsusi diqqət yetirib. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili şəhərdə istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi . ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin yaradıması həyata keçrilir.
Yekunda MKS-in əməkdaşı Gündüz Manafov, İkram Şirməmmədov, Elgün Məmmədli çıxışlarında Laçının bir güllə atılmadan düşmən tapdağından azad olunduğunu söyləyərək Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücü, qüdrəti, vətənpərvər ruhu sayəsində tarixi ədalətin bərpa olunduğunu, erməni işğalı altında olan bütün Azərbaycan torpaqlarının öz sahibinə qovuşduğunu bildiriblər.