Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə şəhid məzarı ziyarət olunub

11.05.2024

 Lerik rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhid Cəfərov Müşfiq İlyas oğlunun məzarıni ziyarət ediblər.

Mədəniyyət nümayəndələri sonra şəhidin evində ailə üzvləri ilə görüşüb, onlara ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Monidigah kənd sakini Cəfərov Müşfiq İlyas oğlu I Qarabağ Müharibəsində itkin düşüb və 2024-cü ildə şəxsiyyəti müəyyən edilərək Lerik rayonunda dəfn edilib.