
11.05.2026
Mayın 10-da Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi: Gənclər üçün örnək məktəbi” mövzusunda konfrans keçirilib. Keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İştirakçılar Ulu Öndərin Azərbaycanın müstəqilliyi yolundakı misilsiz xidmətləri, dövlətçilik strategiyası və gənclər siyasəti haqqında geniş məruzələrlə çıxış ediblər. Bildirilib ki, Heydər Əliyevin rəhbərliyi dövründə əsası qoyulan inkişaf kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə gənclərin milli ruhda tərbiyə olunması və onların potensialının reallaşdırılması üçün yaradılan imkanların məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olduğu vurğulanıb.