07.10.2025
Oktyabrın 7-də Masallı rayon Heydər Əliyev Mərkəzi,Tarix-Diyarşünaslıq Muzeyi,Masallı rayon MKS-nin və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə
“Azadlıqların qorunması və insan hüquqlarının müdafiəsində müasir trendlər”mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, İnsan hüquqları – sadəcə hüquqlar deyil, həm də bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət prinsiplərinə sadiqliyin ifadəsidir. Hər bir fərd ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı və təhsil kimi fundamental hüquqlara sahibdir. Bu hüquqlar bütün insanlara bərabər şəkildə aiddir, onların heç biri bölünməz və alına bilməz.
Daha sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirmişdir ki,Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda əsaslı şəkildə təsbit olunmuşdur. Konstitusiyamızın üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu sənəd ölkəmizdə hüquqi və demokratik sistemin möhkəmlənməsində bünövrə rolunu oynayır.
Sonda Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva,Masallı rayon MKS-nin əməkdaşı Günay Əliyeva çıxışlarında insan hüquqlarının mahiyyəti haqqında və eyni zamanda müasir dövrdə yeni meyillər,insan hüquqlarının qorunması sahəsində “rəqəmsal trendlər”, “rəqəmsal hüquqlar” anlayışının artıq insan hüquqlarının mühüm hissəsinə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutan dəyirmi masa Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub.