Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lənkəranda “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” keçirilib

24.12.2025

Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər Mədəniyyət Mərkəzində 2025-ci ilin yekunlarına həsr olunan “Region gənclərinin və idmançılarının II Həmrəylik Forumu” təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin (LARGİİ) rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, region üzrə gənclər və idmançılar iştirak ediblər.

Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsnin 1 dəqiqəlik sükutla yad olunması ilə forumun rəsmi hissəsi başlayıb.

Forumda çıxış edən rəsmi şəxslər region gənclərinin sosial fəallığının və idman sahəsində qazandıqları nailiyyətlərin əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin gənclər arasında həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbir zamanı iştirakçılara motivasiyaedici çıxışlar, eləcə də musiqi və rəqs kompozisiyaları təqdim olunub.

Qeyd edək ki, tədbirin əsas məqsədi il ərzində region üzrə gənclərin və idmançıların əldə etdikləri uğurların nümayiş etdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və gələcək hədəflərə motivasiya olunması olub. Forum çərçivəsində müxtəlif idman növləri və gənclər siyasəti sahəsində fərqlənən gənclər və idmançılar xüsusi diplom və mükafatlarla təltif ediliblər. Təltif olunanlar arasında media nümayəndələri də yer alıb.